Aktuar hesablamalar

Actuarial calculations Maliyyə, xüsusilə də sığorta əməliyyatlarında ehtimal nəzəriyyəsi, statistika və riyazi üsulların tətbiqi ilə aparılan hesablamalar sistemi. Əvvəllər, həyat sığortası və pensiya məqsədləri üçün sığorta fondunun əmələ gəlməsi və xərclənməsi mexanizminin qurulmasında riyazi düsturların köməyi ilə aparılan hesablamaları əhatə edirdi (bu zaman aktuar hesablamalar sığorta olunanın yaşından asılı olaraq sığorta hadisəsi ehtimalının müəyyən edilməsi əsasında aparılır). Sonradan aktuar hesabla malar əlillik zamanı sığorta, əmlak sığortası daxil olmaqla bütün sığorta növləri üzrə tariflərin hesablanmasını əhatə etdi. Aktuar hesablamanın köməyilə sığorta fondunun yaradılmasında hər bir sığortalının iştirak payı müəyyən edilir, yəni tarif dərəcələrinin ölçüləri müəyyən edilir. Aktuar hesablamalar metodologiyasında ehtimal nəzəriyyəsindən, demoqrafik məlumatlardan, uzunmüddətli statis tik məlumatlardan, maliyyə hesab lamalarından istifadə edilir. Maliyyə hesablamalarının köməyilə sığortaçının sığortalayanlar tərəfindən akkumulyasiya olunmuş ödənişlərinin kredit resursları kimi istifadə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınır. Hazırda aktuar hesablamalardan sığorta əməliyyatları ilə yanaşı, digər maliyyə əməliyyatlarında da tərəf-müqabillər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsində, o cümlədən qarşılıqlı öhdəliklərin müəyyənləşdirilməsində geniş istifadə olunur.
Aktivlərlə təmin edilmiş qiymətli kağızlar
Aktuar mənfəət və zərər
OBASTAN VİKİ
AKTUAR HESABLAMALAR
Aktuar hesablamalar — riyazi statistika metodları əsasında aparılan sığorta tarif dərəcələrinin hesablamaları. Bütün sığorta növlərinə aiddir. Böyük ədədlər qanununun istifadəsinə əsaslanır. Sığorta fondunun formalaşması və xərclənməsi mexanizmini riyazi düsturlar şəklində əks etdirin. Uzunmüddətli sığortada, məsələn, əhalinin gözlənilən ömür uzunluğu ilə bağlı, yəni həyat sığortası və pensiya sığortasında xüsusi rol oynayır. Aktuar hesablamaları ixtisas şəhadətnaməsinə malik olan və sığorta tariflərini, sığortaçının sığorta ehtiyatlarını hesablamaq və onun investisiya layihələrini aktuardan istifadə etməklə qiymətləndirmək üçün sığortaçı ilə əmək müqaviləsi və ya mülki müqavilə əsasında fəaliyyət göstərən aktuarilər — mütəxəssislər tərəfindən aparılır. Aktuar hesablamaların metodologiyası ehtimal nəzəriyyəsinin, demoqrafik statistikanın və uzunmüddətli maliyyə hesablamalarının istifadəsinə əsaslanır. Ehtimal nəzəriyyəsindən istifadə etməklə sığorta hadisəsinin baş vermə ehtimalı müəyyən edilir. Sığorta olunanın yaşından asılı olaraq sığorta tariflərini fərqləndirmək üçün demoqrafik statistikaya ehtiyac var. Uzunmüddətli maliyyə hesablamalarından istifadə edərək, tariflər sığortaçının investisiya üçün sığortalıların yığılmış töhfələrindən istifadə etməklə əldə etdiyi gəlirləri nəzərə alır.
Aktuar
Aktuari (türk. aktüerya, ing. actuary, alm. aktuar‎, rus. актуа́рий) — ehtimal metodları tətbiq edən ixtisasçıdır. Aktuari biznes, maliyyə və sosial sahədə mürəkkəb problemlərin həlləri, analizi və toplanması üçün riyazi metodlardan istifadə etməklə fərdi və kooperativ riskləri qiymətləndirən, əsaslanmış sığorta və təqaüd sxemlərini maliyyə cəhətdən inkişaf etdirən sahədir. == Ümumi məlumat == Müasir anlamda "aktuari" ixtisasının mənbəyi ilk həyat sığortası təşkilatında elmi cəhətdən əsaslandırılmış sığorta haqlarının hesablanması tələbinin yaranması ilə əlaqədardır. Aktuari sözü ilk dəfə Roma imperiyası zamanında işlədilib. Bu söz latıncada "actuarius" sözündən götürülüb. İlk dəfə aktuardan eramızın 220-ci ilində Roma imperiyasında istifadə edilib.
Hesablamalar
Bulud texnologiyaları – istifadəçiyə xidmət şəklində İnternet və ya lokal şəbəkə vasitəsilə əlyetərli olan proqram-aparat təminatıdır. Bulud texnologiyaları müəyyən resurslara (hesablama resurslarına, proqram və məlumatlara) uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə etməyə imkan verir. İstifadəçi kompüteri, bu halda, şəbəkəyə qoşulmuş adi terminal rolunu oynayır. Bulud texnologiyaları konsepsiyası kompüter texnologiyalarının infrastrukturunun və proqram təminatının bilavasitə şəbəkə mühitində yaradılmasını və istifadə edilməsini təmin edir. Bu texnologiyanın köməyi ilə istifadəçinin məlumatları bulud sistemlərində saxlanılır, emal edilir və eyni zamanda brauzerlərin köməyilə, emal proqramlarının işə salınması və nəticələrə baxılması təmin edilir. Bulud texnologiyaları sisteminin infrastrukturu, kompüterlərin hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşdırılmasından geniş istifadə etməklə, verilənlərin emal və yadda saxlanması mərkəzlərinin yaradılmasını təmin edir. Bulud texnologiyası (ing. Cloud Computing) və ya funksional mənada verilənlərin açıq şəkildə paylanması; Qurğular arasında ortaq informasiya mübadiləsini təmin edən xidmətlərə verilən ümumi ad. Bulud texnologiyası bu baxımdan bir məhsul deyil, xidmətdir; Əsas mənbədəki proqram və məlumatların mübadiləsi təmin edilərək, mövcud informasiya xidmətinin kompüterlər və digər qurğulardan informasiya şəbəkəsi (tipik olaraq İnternetdən) üzərindən istifadə edilməsidir. Bulud sözü faylların olduğu mövqeyi işarə edir.
Bulud hesablamalar

Könüllü hesablamalar
Könüllü hesablamalar (ing. Volunteer computing) – təqdim olunmuş könüllü hesablama resursları əsasında paylanmış hesablamalardır. Belə hesablama sistemləri qrid bazasında yaradılır. == Ədəbiyyat == R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s. == Xarici keçidlər == Volunteer computing What is volunteer computing?
Qrid-hesablamalar
Qrid-hesablamalar — (ing.grid computing- grid – tor, şəbəkə, ru. грид-вычисления) – hesablama baxımından çətin problemlərin həlli üçün onların bir hissəsinin İnternetə bağlanmış və geniş ərazidə paylanmış kompüterlər yığının istifadə olunmayan resursları arasında bölüşdürülməsi prosesi. Qrid texnologiyası əsasında paylanmış hesablama sistemlərinin yaradılması Hazırda dünyada superkompüterlərin yerinə yetirdiyi işləri həyata keçirən, eyni zamanda daha ucuz başa gələn virtual superkompüterlərin – qrid sistemlərinin yaradılması üzrə intensiv tədqiqat işləri aparılır. Qrid texnologiyaları qlobal kommunikasiya texnologiyasının köməyi ilə müxtəlif təşkilatlar daxilində yerləşən kompüterlərin istifadəsiz qalan hesablama resurslarından istifadə etməklə yaradılan paylanmış hesablama sistemləridir. Fundamental elmi tədqiqat işlərinin yerinə yetirilməsi zamanı meydana çıxan böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllini həyata keçirən belə sistemlər yüksəksürətli əlaqə kanalına malik olan kompüter şəbəkələri (KŞ) əsasında yaradılır. "Grid" sözünün ingilis dilindən tərcüməsi "şəbəkə" mənasını verir və ilk dəfə 1994-cü ildə elmə amerikalı alimlər Foster və Keselman tərəfindən gətirilmişdir. Bu sistemlərin işləmə mexanizmi analoji olaraq elektrik şəbəkələrindəki gərginlikdən istifadə olunma qaydalarına çox yaxındır. Belə ki, elektrik şəbəkəsindən istifadə zamanı istifadəçi öz cihazını şəbəkəyə qoşanda orada olan gərginliyin hansı elektrik stansiyasından gəldiyi ilə maraqlanmır. Eləcə də, fərdi kompüteri Qrid sisteminə qoşulmuş istifadəçilər də eyni vəziyyətdə olub, yəni onların məsələsinin sistemin hansı kompüterlərində həll edildiyini bilmirlər. Onlar məsələnin həlli üçün lazım olan vəsaiti ödəyir və müəyyən vaxtdan sonra nəticəni əldə edirlər.
Aktuar mənfəət və zərər

Digər lüğətlərdə